Azərbaycan millisi mundiala hazırlığı Bolqarıstanda davam etdirəcək
22.08.2014 - 15:31
Azərbaycan millisi mundiala hazırlığı Bolqarıstanda davam etdirəcək

Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu ölkəni yoxlama matçı keçirmədən tərk edə bilər. Apasport.az saytının məlumatına görə, dünya çempionatına hazırlaşan komandamız hələlik güclü rəqiblərlə qarşılaşmaqda maraqlı deyil.

 

Belə ki, Mariborda bir neçə yığma, həmçinin Avropanın aparıcı klubları təlim-məşq toplanışı keçsə də, həmyerlilərimiz onlarla qarşılaşmaq fikrindən uzaqdır. Əldə etdiyimiz məlumata əsasən, millimiz yoldaşlıq matçlarını hazırlığın ikinci mərhələsində keçirəcək. Onlar avqustun 25-də Bakıya qayıtdıqdan təxminən 1 həftə sonra Bolqarıstana yollanacaqlar. Burada isə voleybolçularımızın 4-5 sınaq oyunu keçirməsi planlaşdırır.

 

Qeyd edək ki, yığmamız Sloveniyada Xorvatiya ilə qarşılaşmağa razı olsa da, son anda rəqib bunu istəməmişdi. 

0