Julius Vobay: Tarixi uğurumuzu təkrarlamaq istəyirik
27.08.2014 - 15:05
Julius Vobay: Tarixi uğurumuzu təkrarlamaq istəyirik

“Bu mərhələdə asan rəqib olmur. “Partizan”la səfər görüşünə yaxşı başlasaq da, sonradan bəxt bizdən üz döndərdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin syerra-leoneli futbolçusu Julius Vobay deyib.

 

Afrikalı futbolçu “Partizan”la sabahkı oyun öncəsi şərəfini qoruduğu klubunun rəsmi saytı üçün danışıb: “Serbiyada 2 qol vurmuşuq və bizi doğma stadionda minimal hesablı qələbə də qane edəcək. Komanda olaraq hamımız yalnız qələbə haqqında düşünürük. Tarixi uğurumuzu təkrarlamaq və qrup mərhələsinə adlamaq istəyirik. İnanıram ki, burda böyük azarkeş dəstəyinin köməyi ilə məqsədimizə nail olacağıq. 12-ci oyunçunun gücünü sabah hiss etmək istəyirik”.

 

0