Ronaldo: Messi barədə düşündüklərimi desəm, həbsə atarlar
29.08.2014 - 23:15
Ronaldo: Messi barədə düşündüklərimi desəm, həbsə atarlar

 

“Real Madrid” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Lionel Messi ilə “əbədi” rəqabəti barədə zarafatla şərh verib. Apasport.az saytının məlumatına görə, futbolçu Messi barəsində axara kimi səmimi ola bilmədiyini deyib.

 

Ronaldo səmimiliyin ona baha başa gələ biləcəyini vurğulayıb və gülüb: “Əgər Messi barədə düşündüyüm hər şeyi desəm, məni həbsxanaya salarlar”.

 

Xatırladaq ki, Lionel Messi dünya çempionatının ən yaxşı futbolçusu sayılıb. Ronaldo isə 2013/2014-cü illər mövsümünün yekununa görə Avropanın ən yaxşısı hesab edilib.

 

 

0