“Qarabağ”ın rəqibi kapitanını itirdi
30.08.2014 - 01:48
“Qarabağ”ın rəqibi kapitanını itirdi

“Qarabağ”ın Avropa Liqasının qrup turnirindəki rəqiblərindən olan Ukraynanın “Dnepr” klubunun kapitanı zədələnib. Apasport.az saytının məlumatına görə, Ruslan Rotan ən azı 3-4 həftəlik sıradan çıxıb.

 

Rotanın tibbi müayinəsi onun topuğundakı bağların zədələndiyini göstərib. Amma futbolçunun sümükləri salamatdır. Amma onun təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

 

Beləliklə, Rotan Avro-2016-nın seçmə turnirinin ilk oyununda Ukrayna millisinə, Avropa Liqasının qrup mərhələsinin ilk oyununda isə “Dnepr”ə kömək edə bilməyəcək.

 

 

0