Azərbaycan idmançısının Belçika zəfəri - FOTO
01.09.2014 - 13:50
Azərbaycan idmançısının Belçika zəfəri - FOTO

Belçikada atçılıq üzrə keçirilən CSİ-2* kateqoriyalı beynəlxalq “Opglabbeek” turnirinə yekun vurulub. Azərbaycan Atçılıq Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 günlük yarışda ölkəmizi milli komandamızın üzvü Patrik MakEnti təmsil edib.

 

Yarışın ilk günü idmançımız “April Marais Mury Z” ləqəbli atla üçüncü olub. Beynəlxalq turnirin ikinci günündə də eyni atla çıxış edən MakEnti bu dəfə yarışı lider kimi başa vurub. Təmsilçimiz bu uğurun davamını yarışın üçüncü günü, Qran-pri mərhələsində də təkrarlamağı bacarıb.

 

Nəticədə çaparımız “Opglabbeek” turnirinin qalibi olub. O, eyni zamanda 1.35 sm hündürlüyü olan maneələrə qarşı yarışlarda da iştirak edib. MakEnti “Alice” ləqəbli atla bu yarışın üçüncüsü olub.

0