[b]Fredi Quarin “Qarabağ”a qarşı forma geyinəcək[/b]
02.09.2014 - 00:01
[b]Fredi Quarin “Qarabağ”a qarşı forma geyinəcək[/b]

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la üz-üzə gələcək “İnter” futbolçusu Fredi Quarini komandada saxlayacaq. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi kolumbiyalı yarımmüdafiəçini “Valensiya”ya icarəyə verməkdən imtina edib.

 

İspaniya klubu 28 yaşlı oyunçunun müqaviləsinin ödəməsinin öhdəliklərini öz üzərinə götürməyə hazır olmadığını bildirib.

 

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində “İnter”lə ilk görüşünü oktyabrın 2-də səfərdə keçirəcək. Cavab oyunu isə dekabrın 11-də Bakıda baş tutacaq. 

0