Prandelli hər şeyi sabaha saxladı
15.09.2014 - 22:20
Prandelli hər şeyi sabaha saxladı

“Çətin rəqibə qarşı oynayacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qalatasaray”ın baş məşqçisi Çezari Prandelliyə məxsusdur.

 

Sabah Çempionlar Liqasında qrup mərhələsinin oyunlarına start veriləcək. Qitə miqyaslı klub turnirində Türkiyənin yeganə təmsilçisi “Cim-Bom” dogma azarkeşləri önündə “Anderlext”ı qonaq edəcək.

 

İtaliyalı baş məşqçi bu gün oyunöncəsi mətbuat konfrasında iştirak edib. Jurnalistlərin suallarının cavablandıran Prandelli azarkeşlərini sevindirəcəklərini bildirib:

 

“Rəqibimiz gənc və maraqlı komandadır. Onlarda böyük ambisiyalar var. İlk matçda qalib gəlib, azarkeşlərimizi sevindirməyə çalışacağıq. Fanatlarımızla birgə qələbə qazanacağıq. Düşünmürəm ki, “Anderlext” qrupumuzda ən zəif komandadır. Ölkə çempionatının son turunda ön xətdə Burak Yılmaz tək deyildi, onun yanında Burumada mübarizə aparırdı. Belçikalılarla görüşdə bir-birimizə yaxın oynasaq, mütləq qazanacağıq”.

 

Prandelli Hollandiya millisinin üzvü Uesli Snayder haqda da danışıb: “Snayder bizim üçün ən önəmli oyunçudur. O çox istedadlı və çempionatda birinci dərəcəli oyunu göstərir. Mən ona inanıram”.

 

Qeyd edək ki, “Qalatasaray” - “Anderlext” matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

0