[b]AFFA 4 klubu cəzalandırdı[/b]
16.09.2014 - 11:42
[b]AFFA 4 klubu cəzalandırdı[/b]

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının V turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub. Müzakirələrdən sonra 4 klub cəzalanıb.

 

“Neftçi” – “Xəzər Lənkəran” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Bakılılar oyunun 40-cı dəqiqəsində sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Saşa Stamenkoviçə görə də 200 manat ödəməlidir. Qapıçı isə 1 oyunluq kənarlaşdırılıb. Qarşılaşmanın 90+3-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Xəzər Lənkəran”ın futbolçusu Tieqo de Xesusun da cəzası eyni olub. Müdafiəçi 1 matçı buraxmalı olacaq, komandası isə 200 manat xərcə düşəcək.

 

“Simurq” – “Qəbələ” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Aleksandru Benqa komandasını daha 200 manat ziyana salıb. Legionerin özü isə 1 matçlıq cəza alıb. Oyunun 20-ci dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat ziyana düşüb.

0