[b]45 sm-lik fərq[/b] - FOTO
16.09.2014 - 16:50
[b]45 sm-lik fərq[/b] - FOTO

Sentyabrın 23-də İtaliyada start götürəcək qadın voleybolçular arasında dünya çempionatının ən uzun və balacaboylu oyunçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının da iştirak edəcəyi mundialda Rusiya millisinin lideri Yekaterina Qamova bütün rəqiblərinə “yuxarıdan aşağı” baxacaq.

 

Belə ki, 202 sm boya malik 34 yaşlı hücumçu rəqiblərinin hamısından hündürdür. O, mundialın ən balacaboylusu Sayaka Tsutsuini nə az, nə çox – 45 sm qabaqlayır. Qrup mərhələsində rəqibimiz olan Yaponiya millisinin liberosu cəmi 157 sm boya malikdir.

 

Qeyd edək ki, Azərbaycan millisinin ən hündür voleybolçuları Yana Ağayeva ilə Polina Rəhimovadır. Onların hər ikisinin 195 sm boyu var. Komandamızın ən bəstəboyu isə Ceyran Əliyevadır. Liberomuz Qamovadan 38, Ağayeva ilə Rəhimovadan 30 sm kiçikdir – 165 sm.

0