“Real”ı ilk sevindirən avtoqol
17.09.2014 - 00:50
“Real”ı ilk sevindirən avtoqol

Çempionlar Liqasının qrup mərhələsində ilk avtoqola imza atan futbolçu müəyyənləşib. Apaspot.az saytının məlumatına görə, açılış matçında rəqib komandanı səvindirən oyunçu “Bazel”in oyunçusu Marek Suki olub.

 

Çexiyalı müdafiəçi “Real”la qarşılaşmanın 14-cü dəqiqəsində bəxtsizliklə üzləşib. “Kral klubu”nun arxa xətt futbolçusu Natçonun qüvvətli zərbəsindən sonra top 26 yaşlı oyunçuya dəyərək, qapıya daxil olub.

 

Qeyd edək ki, “Real” – “Bazel” görüşü 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə tamamlanıb.

 

0