İdman Arbitraj məhkəməsinin hakimləri Azərbaycanda
17.09.2014 - 08:56
İdman Arbitraj məhkəməsinin hakimləri Azərbaycanda

Bakıda futbol hüququ üzrə seminar təşkil olunub. Apasport.az saytının məlumatına görə, “Bakcell Arena”da Premyer Liqa klublarının hüquq və lisenziya mütəxəssisləri üçün AFFA tərəfindən futbol hüququ üzrə seminar keçirilib.

 

Tədbirdə Beynəlxalq İdman Arbitraj məhkəməsinin hakimləri Martens Dirk-Reiner, Pilavious Sofoklis və hüquqşünas Andreas Zagklis  futbol hüququ mövzusunda təqdimatlarla çıxış ediblər.

 

Mənbə: affa.az

0