“Sent-Etyen” Bakıya 19 futbolçu ilə gəlir
17.09.2014 - 10:07
“Sent-Etyen” Bakıya 19 futbolçu ilə gəlir

Bu gün günorta saatlarında Bakıda olacaq Fransanın “Sent-Etyen” klubunun ölkəmizə gətirəcəyi heyəti bəlli olub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Kristof Qaltye sabah “Qarabağ”a qarşı 19 oyunçunun xidmətindən yararlana biləcək.

 

Gələnlər arasında Türkiyə yığmasının hücumçusu Mevlüt Ərdinç də var. Bakıya dizaltı vətərindən zədələnən kapitan Loik Perren və əzələsindəki ağrılardan əziyyət çəkən hücumameyilli yarımmüdafiəçi Romen Amuma gətirilməyəcək.

 

Kot-dİvuarlı yarımmüdafiəçi Jonatan Bamba, eləcə də Frank Tabanu, eləcə də Uelsin “Kardiff Siti” klubundan icarəyə götürülmüş Kevin Teofil-Katrin və “Norviç”ə məxsus hollandiyalı hücumçu Rikki van Volfsvinkel baş məşqçinin ölkəmizə gətirməyə ehtiyac duymadığı futbolçular arasındadır.

 

Qapıçılar: 16. Stefan Ruffye, 30. Jessi Mulen, 1. Baptiste Valette;

Müdafiəçilər: 26. Mustafa Bayal Sall, 20. Jonatan Brizon, 19. Florentin Poqba, 23. Pol Bayss, 29. Fransua Kler, 32. Jerrol Nyemek;

Yarımmüdafiəçilər: 10. Reno Koad, 18. Fabyen Lemuan, 6. Jeremi Kleman, 8. Benjamen Kornye, 28. İsmael Dyomande;

Hücumçular: 9. Mevlüt Ərdinç, 22. Kevin Monne-Pake, 11. Yoan Mollo, 12. Allan Sent-Maksimen, 7. Maks Alan Qradel.

 

Qeyd edək ki, Avroliqanın F qrupunun ilk oyunu sabah Bakıda “Qarabağ”la “Sent-Etyen” arasında keçiriləcək. Şotlandiyalı hakimlər briqadasının idarə edəcəyi qarşılaşma saat 21:00-da başlayacaq.   

 

0