AFFA müsabiqənin vaxtını uzatdı
17.09.2014 - 14:20
AFFA müsabiqənin vaxtını uzatdı

Azərbaycan paytaxtı Bakının AVRO-2020-nin oyunlarına ev sahibliyinə namizədliyi ilə bağlı yazı müsabiqəsinin vaxtı uzadılıb. Apasport.az saytının məlumatına görə, AFFA və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsi oktyabrın 15-də yekunlaşacaq.

 

Müsabiqənin əsas mövzusu "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti"dir. Burada məqsəd "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramına" uyğun olaraq ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

 

Qeyd edək ki, yazıların qəbulu sentyabrın 22-dək davam etməli olsa da, təşkilatçılar bu tarixi daha 25 gün uzatmağa qərar verib. Müsabiqənin şərtləri AFFA-nın rəsmi saytında dərc edilib.

 

Mənbə: affa.az

0