Millimizin Dubayda rəqibi dəyişdi
17.09.2014 - 14:52
Millimizin Dubayda rəqibi dəyişdi

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində keçirilən 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında turnirdə dəyişiklik olunub. Apasport.az saytının məlumatına görə, qonşu Qətərin yerinə Omanın yarışa qatılması dəyişikliklə nəticələnib.

 

Belə ki, Nikolay Adamın yetirmələri sabah Albaniya millisi ilə yox, Omanla qarşılaşacaq. Həmin saat 17:30-da yox, 10 dəqiqə gec başlayacaq. Elə sentyabrın 20-də baş tutmalı olan Albaniya – Azərbaycan matçı da 17:40-da start götürəcək.

0