Reynaldo: Bütün futbolçular üçün məsuliyyətli oyundur
17.09.2014 - 17:50
Reynaldo: Bütün futbolçular üçün məsuliyyətli oyundur

“Baş məşqçimizin də dediyi kimi, bizim Avroliqada təcrübəmiz yoxdur. Ümd edirəm ki, maraqlı oyun olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Reynaldo deyib.

 

Braziliyalı legioner Avropa Liqasının qrup mərhələsinin I turunun “Sent-Etyen”lə oyunu ərəfəsində keçirilən mətbuat konfransına qatılıb. Reynaldo tanınmış futbol veteranı İsgəndər Cavadovun onun Avroliqada özünü göstərə bilməyəcəyi haqda fikirlərinə münasibət bildirib: “Başqalarının fikirlərini şərh etmək istəmirəm. Əlimdən gələnin ən yaxşısını meydanda qoymağa çalışacağam. Bütün futbolçular üçün məsuliyyətli oyundur. Ona görə də hamı ən yaxşı oyununu göstərməyə çalışacaq”.

0