"İnter" qrupun favoritidir"
17.09.2014 - 18:51
"İnter" qrupun favoritidir"

“Qrupda "İnter" ciddi və yaxşı futbolçulardan təşkil olunmuş komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibləri "Dnepr"in baş məşqçisi Miron Markeviç deyib.

 

O, sabah qarşılaşacaqları "İnter"lə oyunöncəsi mətbuat konfransı keçirib.

 

Markeviç bildirib ki, milanlılar qrupun favoritidir: “Onlar bu mövsüm İtaliya A seriyasında çempionluq uğrunda vuruşacaqlar. Bu qrupun favoriti "İnter"dir. Buna şübhə belə yoxdur. Lakin biz də qarşıma növbəti mərhələyə yüksəlməyi qoymuşuq. Dekabr ayına qədər 6 oyunumuz olacaq. Qrupdan çıxmağa çalışacağıq".

0