Lider “Neftçala”nı, “Qaradağ Lökbatan” “Kəpəz”i üstələdi
18.09.2014 - 19:19
Lider “Neftçala”nı, “Qaradağ Lökbatan” “Kəpəz”i üstələdi

Futbol üzrə Azərbaycan I Divizionunda II tura start verilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, keçirilən 4 oyunda qapılara 6 qol vurulub.

 

Belə ki, lider “Neftçala” səfərdə “Lokomotiv”lə qarşılaşıb və rəqibini 2:0 hesabı ilə məğlub edib.

 

“Qaradağ Lökbatan” isə evdə “Kəpəz”i, “Şuşa” MOİK-i tək qolla üstələyib – 1:0.

 

“Ağsu” - “Rəvan” amtçında isə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən tərəflər xalları yarı bölüb.

 

 

I Divizion

I tur

18 sentyabr

“Şuşa” - MOİK - 1:0

Qol: Qafar Əliyev, 31

 

“Lokomotiv” - “Neftçala” - 0:2

Qollar: Məhəmməd Xəlilov, 7, Mübarək Şahquliyev, 63

 

“Ağsu” - “Rəvan” - 1:1

Qollar: Fərmayıl Əliyev, 90+3 - Əli Əliyev, 36

 

“Qaradağ Lökbatan” - “Kəpəz” - 1:0

Qol: Sərxan Ağayev, 90+4

 

0