Əsgər Abdullayev: Gücümüz budu
20.09.2014 - 20:42
Əsgər Abdullayev: Gücümüz budu

“Futbolçularımız döyüşdülər”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevə məxsusdur.

 

Təcrürübəli çalışdırıcı bu gün Topaz Premyer Liqasında VI turun oyunda “Fırtınalar meydanı”nda “Xəzər Lənkəran”a 2:0 hesabı ilə uduzalarından danışıb.

 

Abdullayev futbolçularından şikayətlənib: “Qolun buraxılması planlarımızı pozdu. Bəzi futbolçular tapşırıqları yerinə yetirə bilmədilər. Gücümüz budur. Amma işimizi davam etdirəcəyik. Futbolçularım Premyer Liqa təcrübəsi qazanmalıdırlar.” 

0