[b]“İnter” - “Bakı” matçı hər iki klubun tarixinə düşdü[/b]
22.09.2014 - 10:44
[b]“İnter” - “Bakı” matçı hər iki klubun tarixinə düşdü[/b]

Topaz Premyer Liqasının VI turunun “İnter” – “Bakı” matçı hər iki klubun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, “İnter Arena”da qeydə alınan nəticə (7:0) “İnter”in bu ad altında Azərbaycan çempionatlarında qazandığı ən böyük hesablı qələbəsidi.

 

Paytaxt təmsilçisi tarixi ərzində yalnız bir dəfə - hələ “Xəzər Universiteti” adını daşıdığı zamanda daha fərqli zəfərə sevinmişdi. 11 il əvvəl, 2003-cü il iyulun 5-də bakılılar “Kəpəz”i 8 cavabsız qolla məğlub etmişdilər. “İnter”in tarixində daha bir qarşılaşma var ki, həmin oyunda komanda 7 və ya daha çox qol vurub. 2006-cı il sentyabrın 29-da Tovuzda “Turan”ın qonağı olan “İnter” 7:1 hesablı səfər qələbəsi qazanmışdı.

 

VI turun qarşılaşması “Bakı” üçün ən acınacaqlı olub. Paytaxtın eyniadlı təmsilçisi bunadək çempionatdakı ən ağır yenilgisini “Dinamo” adını daşıdığı vaxt “Neftçi”dən almışdı. 2002-ci il martın 10-da baş tutan paytaxt derbisində “ağ-qaralar” rəqibini 6 cavabsız qolla məğlub etmişdilər.

 

0