Çempionlar Liqası: 1 oyunda 2 penaltini vura bilmədi - VİDEO
22.09.2014 - 14:08
Çempionlar Liqası: 1 oyunda 2 penaltini vura bilmədi - VİDEO

Meksikanın “Krus Asul” klubunun futbolçusu Roxelio Çaves tarixə düşüb. Apasport.az saytının məlumatına görə, müdafiəçi KONKAKAF zonasının Çempionlar Liqası oyununda 2 penaltini boşa verməklə, antirekord vurub.

 

Çaveç Panama təmsilçisi “Çorrillo” ilə matçında “fərqlənib”. Hesab 2:0 olarkən komandasının 3-cü qoluna imza atmaq istəyən arxa xətt oyunçusu hər hissədə bir dəfə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.

 

Lakin meksikalılar hesabı 3:0-a çatdıra biliblər. Həmin qol da penaltidən vurulub. Lakin komanda yoldaşları Çavesin 3-cü cəhdinə imkan vermədiyindən, bu zərbəni Marko Fabian vurub.

 

Əgər 3-cü zərbə də Çavesə həvalə olunsaydı, meksikalı məşhur argentinalı Martin Palermoya məxsus antirekoda da şərik çıxacaqdı. Sonuncu 1999-cu ildə Amerika kubokunun yığmasının Kolumbiya ilə oyununda 3 dəfə 11 metrlik zərbəni qaçırmışdı.

0