Muarem Muarem Makedoniya millisinə çağırıldı
30.09.2014 - 08:07
Muarem Muarem Makedoniya millisinə çağırıldı

“Qarabağ”ın futbolçusu Muarem Muarem Makedoniya milli komandasına çağırılıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi ölkəsinin əsas yığmasının yeni açıqlanan siyahısında yer alıb. Baş məşqçi Boşko Curovski onu AVRO-2016-nın seçmə mərhələsinin qarşıdakı oyunlarına dəvət edib. Muarem oktyabrın 9-da Lüksemburq, 12-də Ukrayna ilə baş tutacaq oyunlara hazırlaşacaq heyətdə olacaq. Qeyd edək ki, 26 yaşlı futbolçu Makedoniya millisində 5 oyun keçirib.

0