Mahmud Qurbanov rəqiblərin oyununda
02.10.2014 - 15:04
Mahmud Qurbanov rəqiblərin oyununda

Azərbaycan millisinin məşqçisi Mahmud Qurbanov Bolqarıstana gedəcək. Apasport.az saytının məlumatına görə, 41 yaşlı çalışdırıcı AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan – Xorvatiya qarşılaşmasını izləyəcək.

 

Oktyabrın 10-da keçiriləcək qarşılaşma Sofiya şəhərindəki Vasil Levski adına stadionda baş tutacaq. Millimizin seçmə mərhələnin H qrupundakı rəqiblərinin bu görüşündən 3 gün sonra balkanlılar yığmamızla üz-üzə gələcək.

 

0