İsveçrədə xuliqan terroru - FOTO
19.10.2014 - 19:02
İsveçrədə xuliqan terroru - FOTO

Dünən İsveçrə Superliqasının XII turunda keçirilən “Young-Boys” – “Bazel” matçından əvvəl xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmadan öncə xuliqan terroru baş verib.

 

Belə ki, sözügedən oyunun əvvəlində hər iki komandanın azarkeşləri stadionun qarşısında dava ediblər. Hadisə nəticəsində 14 nəfər yaralanıb, 17-si isə polis tərəfindən həbs olunub. Bir-birinə girən fanatları ayırmaqda çətinlik çəkən polislər rezin güllələrdən istifadə ediblər.

 

Stadionun qarşısındakı nəqliyyat yolları bağlanıb və bu xaos gacenin gec saatlarına qədər davam edib.

 

Qeyd edək ki, “Young-Boys” – “Bazel” matçı qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

0