“Dnepr” – “Qarabağ”: Eyni tarix, eyni məkan
22.10.2014 - 10:47
“Dnepr” – “Qarabağ”: Eyni tarix, eyni məkan

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Dnepr” – “Qarabağ” qarşılaşması Ukrayna və Azərbaycan təmsilçilərinin eyni gün və eyni məkanda keçirəcəyi ikinci oyundu. Apasport.az saytının məlumatına görə, Kiyevdəki Olimpiya Milli İdman Kompleksi əvvəllər də oktyabrın 23-də təmsilçimizi qəbul edib.

 

Bu hadisə 1977-ci ildə qeydə alınıb. Həmin vaxt Mərkəzi stadion adlanan arenada Kiyev “Dinamo”su “Neftçi”ni qəbul edib.

 

SSRİ çempionatının güclülər dəstəsindəki qarşılaşmada iki qol vurulub. Hər hissədə 1 qol vuran ukraynalılar 2:0 hesabı ilə qalib gəlib.

 

 

 

0