“Neftçi” – “İnter” oyununun yeri dəyişdirildi
22.10.2014 - 12:02
“Neftçi” – “İnter” oyununun yeri dəyişdirildi

Topaz Premyer Liqasının IX turunda keçiriləcək “Neftçi” – “İnter” oyununun yeri və vaxtı dəyişdirilib. Apasport.az saytının məlumatına görə, I dövrənin son turunun mərkəzi qarşılaşması “Bakcell Arena”da baş tutacaq.

 

Öncədən oktyabrın 26-da keçiriləcək qarşılaşmanın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsi planlaşdırılmışdı. Paytaxt derbisi saat 14:00-da deyil, 16:00-da başlanacaq.

0