[b]Namiq Yusifov: Rəqib Ukrayna çempionatında liderdirsə…[/b]
22.10.2014 - 22:00
[b]Namiq Yusifov: Rəqib Ukrayna çempionatında liderdirsə…[/b]

“Düşünürəm ki, sabah qrupumuzda ən maraqlı və ən önəmli oyunlardan biri olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Namiq Yusifov deyib.

 

Ağdam klubunun yarımmüdafiəçisi sabah Avropa Liqasının qrup mərhələsinin III turunda Kiyevdə keçiriləcək “Dnepr”lə oyunöncəsi fikirlərini bildirib: “Rəqibin heyətində kimləri qeyd edim? Bu komanda Ukrayna çempionatında liderdirsə, demək güclü bir kollektivdir. Burada kimisə xüsusi vurğulamaq lazım deyil. İnşallah, sabah hər şey meydanda məlum olacaq”.  

 

Qeyd edək ki, “Dnepr” – “Qarabağ” oyunu sabah Kiyevin “Olimpiya” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. Matçı isə çexiyalı hakim Libor Kovarjik idarə edəcək.

0