“Xəzər Lənkəran” “Qarabağ”la oyuna itkilərlə hazırlaşır
24.10.2014 - 19:48
“Xəzər Lənkəran” “Qarabağ”la oyuna itkilərlə hazırlaşır

Çərşənbə axşamından etibarən Bakıda gündəlik olaraq məşq edən “Xəzər Lənkəran” Premyer Liqanın növbəti turuna hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, zədəli olan Uğur Pamuk və Cahangir Həsənzadə istisna olmaqla, bütün heyət üzvləri məşqlərdə iştirak edirlər.

 

Sabah isə komanda Tofiq Bəhramov adına Respublika stadionunda oyunöncəsi son məşqə çıxacaq.

 

“Qarabağ” – “Xəzər Lənkəran” matçı 26 oktyabr (bazar günü) saat 18:00-da başlanacaq.

0