George Çixradze: İlk hissədə top itirsə də…
25.10.2014 - 19:44
George Çixradze: İlk hissədə top itirsə də…

“Bu gün çox yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi George Çixradze deyib.

 

Gürcüstanlı mütəxəssis bu gün Topaz Premyer Liqasının IX turunda evdə “Araz Naxçıvan”ı darmadağın (4:0) etmələrindən danışıb: “Futbolçular verilən tapşırıqları yerinə yetirdilər. Rəşad Eyyubovu 3 qol vurması münasibəti ilə təbrik edirəm. İlk hissədə top itirsə də, sonradan het-trik edib, yaxşı hücumçu olduğunu nümayiş etdirdi. Azarkeşin istəyi çox qol görməkdir. Biz də bunun üçün çalışdıq. Çempionatda bütün rəqiblər güclüdür. Biz bu oyunu unudub, qarşıdakı matçlara hazırlaşmalıyıq”.

0