[b]Vaqif Cavadovun baş məşqçisi qovuldu[/b] - FOTO
29.10.2014 - 12:26
[b]Vaqif Cavadovun baş məşqçisi qovuldu[/b] - FOTO

Millimizin üzvləri Vaqif Cavadov və Rəhman Hacıyevin formasını geyindiyi Türkiyənin 1-ci dəstə təmsilçisi “Qazientep BB” klubunda baş məşqçi dəyişikliyi olub. Apasport.az xəbər verir ki, komandanın son oyunlardakı ardıcıl məğlubiyyətləri Nurullah Sağlamın vəzifəsindən getməsində səbəb olub.

 

7 turdan sonra turnir cədvəlinin 16-cı pilləsində yer alan “Qazientep BB” rəhbərliyi artıq yeni baş məşqçi də tapıb. Bundan sonra komandanı Faik Dəmir çalışdıracaq. İndiyə qədər yalnız aşağı liqa klublarında işləmiş məşqçinin elə böyük uğurları olmasa da, klub rəhbərliyi ona güvənir. Son klubu III Liqa təmsilçisi “Siirtspor” olmuş Faik Demir artıq yeni komandasını ilk məşqə də çıxarıb.

 

Qeyd edək ki, Vaqif Cavadov və Rəhman Hacıyev Nurullah Sağlamın baş məşqçi olduğu dönəmdə “Qazientep BB” klubuna transfer olunub. O, Cavadova mövsümün geridə qalan 7 turunun bütün oyunlarında şans verib. Hacıyev də 2 qarşılaşma istisna olmaqla, digərlərində meydana çıxmışdı.

 

 

0