Təmsilçilərimiz forma geyindi, “Qaziantep BB" növbəti mərhələdə
29.10.2014 - 22:45
Təmsilçilərimiz forma geyindi, “Qaziantep BB" növbəti mərhələdə

Türkiyə kubokunda III turun növbəti oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, millimizin üzvləri Vaqif Cavadov, Ufuk Budak və Rəhman Hacıyevin formasını geyindiyi “Qaziantep BB" doğma publika önündə “Yeni Aksarayspor” qonaq edib.

 

Matçda Qaziantep klubu 1:0 hesabı ilə qələbə qazanaraq, adını növbəti mərhələyə yazdırıb.

 

Bu görüşdə hər üç təçsilçimiz forma şansı əldə edib. Belə ki, Ufukla Hacıyev start heyətində yer alıb. Birinic sonadək oynayıb, Rəhmanı 78-ci dəqiqədə Ben Yahya əvəzləyib. Cavado isə fasilədən sonra Abdullah Halmanın yerinə meydana çıxıb.

 

Qeyd edək ki, “Qaziantep BB”nin oyunda vurulan tək qoluna 71-ci dəqiqədə Josef Çınar imza atıb.

0