[b]Oğuz Çətin futbolçularına istirahət vermir[/b]
30.10.2014 - 00:43
[b]Oğuz Çətin futbolçularına istirahət vermir[/b]

Premyer Liqanın X turunda səfərdə “Sumqayıt”ı 1:2 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” bu gün oyunsonrası bərpa məşqini keçəcək. Apasport.az saytının məlumatına görə, komanda bu gün köhnə “Neftçi baza”da saat 11:00-da məşqə çıxacaq.

 

“Sumqayıt”la oyunda iştirak edən futbolçular qaçışla və yüngül fiziki hərəkətlərlə kifayətlənəcəklər. Həmin oyuna sonradan, əvəzetmə ilə qoşulan, görüş zamanı ehtiyat oyunçular skamyasında yer alan və matçın protoklunda “18-liy”ə adları daxil olunmayan futbolçular isə hazırlıqda tam olaraq iştirak edəcəklər.

 

Məşqin ardından günün ikinci yarısında “Emerald” otelinə dönüb istirahətə çəkiləcək komanda sabah Bakını tərk edərək doğma şəhərə yollanacaq. Lənkərana çatdıqdan sonra özünün baza-oetlində məskunlaşacaq cənublular qarşıdakı iki gün ərzində  stadionun əsas və yardımçı meydançalarında hazırlaşacaq.

 

Qeyd edək ki, oktyabrın 31-də fiziki hərəkətlərlə zəngin, toplu-topsuz çalışmalardan ibarət hazırlıq, noyabrın 1-də isə taktiki planda oyunöncəsi son məşq olacaq.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” Premyer Liqanın XI turu çərçivəsində noyabrın 2-də “Fırtınalar meydanı”nda  “Simurq” klubunu qəbul edəcək.

 

 

12cioyuncu.info

0