[b]“Qarabağ” üçün islandiyalılar[/b] - FOTO
24.11.2014 - 15:20
[b]“Qarabağ” üçün islandiyalılar[/b] - FOTO

Avropa Liqasının qrup mərhələsində noyabrın 27-də keçiriləcək "Sent-Etyen" (Fransa) - "Qarabağ" (Azərbaycan) matçının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma islandiyalı hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi Kristin Yakobsson olacaq. Ona Siqurdur Oli Torleyesson və Qunnar Sverrir Qunnarsson köməklik edəcək. Gilfi Mar Siqurdson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 27-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

 

0