[b]“Robert Prosineçki yaxşı insandı, amma məşqçi kimi zəifdi”[/b]
25.11.2014 - 10:57
[b]“Robert Prosineçki yaxşı insandı, amma məşqçi kimi zəifdi”[/b]

“Robert Prosineçki uğur qazana bilmədiyi üçün komandamızdan ayrıldı. Öz istəyi ilə istefa verdi”. Bu sözləri apasport.az saytına açıqlamasında Türkiyənin “Kayserispor” klubunun baş direktoru Süleyman Hurma deyib.

 

Hurma 2012-2013-cü illərdə Kayseri təmsilçisinin baş məşqçi olmuş, hazırda yığmamızın “sükanı arxası”na keçməyə ən real namizəd olan Robert Prosineçki haqqında danışıb.

 

Klub rəsmisi bildirib ki, Prosineçki ilə heç bir problemləri olmayıb: “Prosineçikinin “Kayserispor”la aramızda problem vardı” deməsini anlamıram. Biz ona heç bir əngəl törətmədik. Çempion olmaq üçün komanda qurmuşduq. İstədiyi şəraiti yaratdığımız halda, çempionatın ilk yarısını 12 xalla sonuncu yerdə bitirdik. Bu nəticələrdən sonra Prosineçki getdi”.

 

Hurma millimizə Prosineçkini deyil, Hikmət Karamanı məsləhət görüb: “Robert Prosineçki yaxşı insandı, amma məşqçi kimi zəifdi. Yəni, birincilik üçün qurduğumuz komandanı uğura daşıya bilmədi. Məncə, Azərbaycan millisi üçün ən yaxşı baş məşqçi Hikmət Karaman olardı. Əgər o, yığmanıza gələrsə, uğurlu nəticə əldə edə bilər”.

 

0