“Robert Prosineçkinin söz verəcəyi hədəflərə çatacağına şübhəm yoxdu” - MÜSAHİBƏ
25.11.2014 - 18:31
“Robert Prosineçkinin söz verəcəyi hədəflərə çatacağına şübhəm yoxdu” - MÜSAHİBƏ

“İnter”in xorvatiyalı müdafiəçisi Matiya Şpiçiçin apasport.az saytına müsahibəsi

 

 

- Həmyerliniz Robert Prosineçki Azərbaycana gələrək, “Xəzər Lənkəran” – “Neftçi” oyununu izlədi. Böyük ehtimalla o, millimizin baş məşqçisi olacaq. Prosineçki necə xarakterizə edərdiz?

- Əgər Prosineçki Azərbaycan yığmasının baş məşqçisi olacaqsa, bu münasibətlə sizi təbrik edirəm. O, çox güclü mütəxəssisdi. Komandanız üçün əla seçim olacaq və uğur qazana biləcəksiniz. Az müddət də olsa, onunla birgə oynamışam.

 

- Lakin tutbolçu kimi uğurlu olsa da, məşqçilik karyerasına baxdıqda elə də ciddi nailiyyəti yoxdur...

- Fikrimcə, onun işlədiyi komandaların necə futbol oynadığını görsəniz, başqa cür düşünəcəksiniz. O yaşlı mütəxəssis deyil ki, karyerası ərzində bir neçə klub çalışdırsın. Gəncdi və iddialıdı. Düşünürəm ki, hər şey yaxşı olacaq. Çox uğurlu olacağına inamım böyükdür.

 

- Prosineçkinin üstün cəhətləri nədi?

- Ən əsası odur ki, çox yaxşı insandı. Hər kəsə qarşı necə davranacağını bilir.

 

- Onun milli komandaya gəlməsi sizin də yığmaya yolunuzu aça bilər?

- Bu barədə nəsə demək çox tezdi. Mənim Azərbaycan pasportum yoxdu. Amma Prosineçki elə bir insandı ki, kim yaxşı olacaqsa, onu da komandaya dəvət edəcək.

 

- Berti Foqts həmişə azərbaycanlı futbolçuların durumlarından şikayət edirdi...

- İnanmıram ki, Prosineçki belə bir söz desin. O hər şeyi təhlil edib sonra qərar verəcək. Yəqin ki, komandanızın gücünə bələd olduqdan sonra razılıq verəcək.

 

- Sizcə, həmyerliniz Azərbaycan yığması ilə hansı uğurlara imza ata biləcək?

- Bunu zaman göstərəcək. Ən azından yaxşı komanda quracağına və söz verəcəyi hədəflərə çatacağına şübhəm yoxdu.

 

- Ola bilərmi ki, Prosineçki Azərbaycanda oynayan xorvat futbolçularla görüşüb buradakı vəziyyəti soruşsun? Məsələn, sizinlə...

- Bəlkə də soruşacaq. Amma hələ ki, belə bir şey olmayıb. Lazım olsa, ona burdakı futbolçular və ölkəniz haqqında məlumat verə bilərəm. Məncə, hər şey onun xoşuna gələcək.

 

Elsevər MƏMMƏDOV

0