Luis Enrike Neymara ilk “11-lik”də şans vermir
25.11.2014 - 23:02
Luis Enrike Neymara ilk “11-lik”də şans vermir

Çempionlar Liqasının qrup mərhələsinin V turunda bu gün keçiriləcək APOEL - "Barselona" matçı üçün əsas heyətlər bəlli olub. Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun baş məşqçisi Luis Enrike braziliyalı futbolçu Neymara ilk “11-lik”də şans verməyəcək.

 

Təcrübəli mütəxəssis onun əvəzinə isə Pedronu meydana buraxacaq. Uzun müddətdi zədəli olan Rafinya da ilk dəfə “Barsa”da start heyətdə yer alıb.

 

 

APOEL: Pardo, Quilherme, Karalo, Antoniades, Mario Serxio, Tiaqo Qomes, Vinisius, Manduka, Nuno Moraid, Aloneftis, Şeridan

 

"Barselona": Andre ter Stegen, Pike,  Maskerano, Jordi Alba, Daniel Alveş, Bartra, Rakitiç, Rafinya, Pedro, Suares, Messi

0