[b]Kristof Qaltye: “Qarabağ” kollektiv oyuna üstünlük verir[/b]
26.11.2014 - 22:03
[b]Kristof Qaltye: “Qarabağ” kollektiv oyuna üstünlük verir[/b]

“Qarabağ” kollektiv oyuna üstünlük verir. Rəqib fiziki cəhətdən keyfiyyətlidi”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Sent-Etyen”in baş məşqçisi Kristof Qaltye deyib.

 

Təcrübəli çalışdırıcı Avropa Liqasının qrup mərhələsi çərçivəsinin V turunda sabah “Qarabağ”la oyun öncəsi mətbuat konfransı keçirib.

 

Qaltye bildirib ki, Ağdam klubunun heyətində keyfiyyəti və texniki cəhətdən egioner futbolçular seçilir: “Onlar “Dnepr”lə matçda yaxşı çıxış etdilər. Futbolçular bir-birinə çox yaxın oynayır. İlk matçda biz Bakıda çətinliklərlə üzləşdik. “Qarabağ”ın heyətində legioner futbolçular keyfiyyəti və texniki cəhətdən seçilirlər. Bir sözlə, onların üstün cəhədləri çoxdu. İki komanda meydanda qazanmaq istəyir. Ona gərə də açıq oyun olacaq. Qalib gəlmək istəyən, daim hücumda mübarizə aparacaq. Ən vacib matçımız “Qarabağ”la olacaq”.

 

Qeyd edək ki, sabah keçiriləcək "Sent-Etyen" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:05-də başlayacaq. 

0