Roman Qriqorçuk bu gün “Qəbələ” ilə müqavilə imzalayacaq
17.12.2014 - 13:55
Roman Qriqorçuk bu gün “Qəbələ” ilə müqavilə imzalayacaq

“Qəbələ” Dorinel Muntyanunun istefasından sonra boş qalmış baş məşqçi postunu doldurmağa çox yaxındı. Apasport.az saytının məlumata görə, şimal təmsilçisi bir müddətdi danışıq apardığı Roman Qriqorçukla anlaşıb.

 

Ukrayna klubu “Çernomorets”dən yenicə istefa verən Qriqorçukla həmçinin “Metallist” də maraqlanır. Lakin 49 yaşlı mütəxəssis “Qəbələ”ni üstün tutub. Tərəflər arasında danışıq artıq yekunlaşmaq üzrədi və böyük ehtimalla Qriqorçuk bu gün “Qəbələ”nin baş məşqçisi təyin ediləcək. Klub tərəfindən gün ərzində bu məlumatın rəsmən bəyan edilməsi gözlənilir.

 

Qeyd edək ki, Roman Qriqorçuk məşqçilik karyerası ərzində “Çernomorets”ə qədər “Dinaburq”, “Ventspils” və “Metallurq” (Zaporojye) klublarını çalışdırıb.

0