[b]Natalya Məmmədova “Azəryol”a qarşı[/b]
17.12.2014 - 18:35
[b]Natalya Məmmədova “Azəryol”a qarşı[/b]

Azərbaycan Super Liqasının gümüş mükafatçısı “Azəryol” Türkiyədə beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi yanvarın 3-5-də Antalyada “Gloria Sports Arena”nın açılışı münasibəti ilə təşkil olunacaq “Gloria Cup”da qüvvəsini sınayacaq.

 

Ənənəvi xarakter daşıyacaq yarışa “Azəryol”la yanaşı, İstanbul nəhəngi “Vakıfbank”, heyətində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın yer aldığı İsveçrə “Volero”su və Sloveniya “Maribor”u qatılacaq.

 

“Gloria Cup”ın açılış matçında Aleksandr Çervyakovun yetirmələri Türkiyə çempionu ilə qarşılaşacaqlar.

 

Turnirin təqvimi belədi:

 

3 yanvar

19:00. “Vakıfbank” – “Azəryol”

21:30. “Maribor” – “Volero”

 

4 yanvar

19:00. “Azəryol” – “Volero”

21:30. “Maribor” – “Vakıfbank”

 

5 yanvar

16:00. “Azəryol” – “Maribor”

18:30. “Volero” – “Vakıfbank”

0