Kərim Benzema 13-cü yerə yüksəldi
18.12.2014 - 01:32
Kərim Benzema 13-cü yerə yüksəldi

Ötən gecə Mərakeşdə keçirilən klublar arası dünya çempionatının “Krus Asul”la yarımfinal matçında fərqlənən Kərim Benzema üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü “Kral klubu”nun heyətində ən yaxşı bombardirlər siyahısında 13-cü yerə yüksəlib.

 

Matçın 36-cı dəqiqəsində komandasının 2-ci qoluna imza atan 26 yaşlı hücumçu Madrid təmsilçisində 125-ci topuna sevinib.

 

Bununla da Benzema klubun ən yaxşı bombardirlər siyahısında Painonu (124 top) keçib. Kərim Fernando Yerro (127) və Miçelə (130) çatmaq üçün əvvəl 2, daha sonra 3 qola imza atmalıdı.

 

Qeyd edək ki, "Real"ın tarixində ən çox fərqlənən Raul Qonzalesdi – 323 top.

0