Çin prezidentindən futbolla bağlı yeni qərar
18.12.2014 - 01:54
Çin prezidentindən futbolla bağlı yeni qərar

Çin məktəblərində futbol məcburi olacaq. Apasport.az saytının məlumatına görə, bu yeniliyin təşəbbüskarı ölkə prezidenti Şi Jinpinqdi.

 

O bildirib ki, uşaqlıqdan futbolla maraqlanmaq lazımdı. Şi Jinpinq ümid edir ki. Çin dünya çempionatına ev sahibliyi edib, kuboka sahib ola bilər.

 

2017-ci ilə qədər təxminən 20 min Çin məktəbi, yeni sahələr və infrastrukturlar yaradılacaq. Məqsəd isə 100 min yeni futbolçu meydana çıxartmaqdı. 2016-cı ildə universitetə daxil olan tələbə öz istəyi ilə futboldan imtahan verəcək.

 

Qeyd edək ki, Çin milli komandası FİFA reytinqində 88-ci yerdə qərarlaşır. Asiya təmsilçisi yalnız bir dəfə dünya çempionatında mübarizə aparıb. 2002-ci ildə Yaponiya və Koreyada keçirilən mundialda çinlilər qrupu həm xalsız, həm də qolsuz başa vurmuşdu.

0