[b]Roman Qriqorçukun iki köməkçisi bəllidi[/b]
18.12.2014 - 16:31
[b]Roman Qriqorçukun iki köməkçisi bəllidi[/b]

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçukun köməkçiləri də böyük ölçüdə bəllidi. Klubdan apasport.az saytına verilən məlumata görə, say hələ dəqiqləşməsə də, ukraynalı mütəxəssisə burda da “Çernomorets”dəki həmkarları kömək edəcək.

 

Qriqorçukun ölkəmizə 2 və ya 3 köməkçi gətirməsi gözlənilir. Artıq onların ikisinin adı məlumdu. Belə ki, əsas köməkçiləri olan Mixail Savka və Stepan Matviyv “Qəbələ”də də eyni vəzifəni icra edəcəklər. 3-cü köməkçinin olub-olmayacağı və kimliyi məlum deyil.

 

Qeyd edək ki, Roman Qriqorçuk bu gün “Qəbələ” ilə 1,5 illik müqavilə imzalayıb. Onun yerli köməkçiləri isə Sənan Qurbanov və Dmitri Kramarenko olacaq.

0