Tərlan Əhmədov: Komandada nə əzizim var, nə də sevimli oyunçum
21.12.2014 - 17:48
Tərlan Əhmədov: Komandada nə əzizim var, nə də sevimli oyunçum

"İlin son oyununda qələbə qazanmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Təcrübəli mütəxəssis Topaz Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la 1:1 hesablı heç-heçə oynamalarına münasibət bildirib: “Açığı, buna yaxın idik. Amma son dəqiqələrdə buraxdığımız qol buna imkan vermədi. 1 xal qazanmağımıza görə də şadam. Çatışmazlıqlarımız var. Vurduğumuz qədər də qol buraxırıq. Fasilədə problemləri aradan qaldırmağa çalışacağıq. “Xəzər Lənkəran”ın adı var, imici var. Oyunu ilə göstərir ki, potensiala malikdi. Lənkəranda “Xəzər Lənkəran”a qarşı oynamaq çətindi. Biz isə səfər oyunlarında xallar qazanmağı bacarırıq. Mənim üçün heyətdə əsas məsələ rəqabətin olmasıdı. Komandada nə əzizim var, nə də sevimli oyunçum. Kim layiqdirsə, o da meydançaya çıxır".(pfl) 

0