[b]Arif Əsədov seçimini etdi[/b]
22.12.2014 - 11:21
[b]Arif Əsədov seçimini etdi[/b]

Topaz Premyer Liqasında son oyununu dekabrın 18-də “İnter”ə qarşı keçirən və həmin matçın ertəsi günü istirahətə buraxılan “Neftçi”nin qış hazırlıq proqramı bəllidi. Apasport.az saytının məlumatına görə, yanvarın 6-da Bakıda toplaşacaq komanda 5 gün öz bazasında olacaq.

 

Bu müddətdə “ağ-qaralar” həkim müayinəsindən keçəcək və onların fiziki hazırlığı yoxlanılacaq. Yanvarın 11-də Antalyaya yollanacaq “Neftçi” ayın 23-nə qədər orda təlim-məşq toplanışı keçəcək. Baş məşqçi Arif Əsədov bu müddətdə 6 yoxlama görüşünün keçirilməsini planlaşdırır. Rəqiblər dəqiq bilinməsə də, oyunların keçiriləcəyi tarix bəllidi.

 

Belə ki, “Neftçi” yanvarın 14, 17, 20, 21 və 23-də qüvvəsini sınayacaq. Komanda ayın 23-də iki yoxlama görüşü keçirəcək. Yanvarın 24-də vətənə qayıdacaq paytaxt təmsilçisi çempionatın XIX turunun hazırlığına başlayacaq.

 

Qeyd edək ki, “Neftçi” Topaz Premyer Liqasının XIX turu çərçivəsində yanvarın 31-də AZAL-la qarşılaşacaq.

0