Azərbaycan çempionatında vahid liderliyə son qoyuldu
13.01.2015 - 09:37
Azərbaycan çempionatında vahid liderliyə son qoyuldu

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında VI turu başa çatıb. Apasport.az saytının məlumatına görə, Rauf Məmmədovun vahid liderliyini itirməsi ilə nəticələnib.

 

Belə ki, bu tura kimi birinci pillədə qərarlaşan qrossmeysterin xal itirməsi Eltac Səfərli və Qədir Hüseynovun işinə yarayıb. Qəbələ qazanan yığmamızın üzvləri Məmmədovla xallarını bərabərləşdiriblər.

 

VI tur

Vasif Durarbəyli (2635) – Rauf Məmmədov (2642) – 0,5:0,5

Eltac Səfərli (2635) – Azər Mirzoyev (2549) – 1:0

Qədər Hüseynov (2610) – Ülvi Bacarani (2494) – 1:0

Nicat Abasov (2530) – İzzət Kənan (2424) – 1:0

Vüqar Rəsulov (2491) – Kənan Heydərli (2273) – 1:0

Loğman Quliyev (2385) – Zaur Məmmədov (2487) – 1:0

Elvin Bayramov (2051) – İsmayıl Şahəliyev (2273) – 0:1

Ülvi Sadıqov (2414) – Misrətdin İsgəndərov (2405) – 1:0

Nurlan Şabanov (2165) – Pərviz Qasımov (2517) – 0:1

Vüqar Əsədli (2127) – Orxan Abdulov (2342) - 0,5:0,5

Ürfan Sevdimalıyev (2505) – Bəhruz Rzayev (2416) – 0:1

 

Turnir cədvəli: Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov – 4,5 xal; Vasif Durarbəyli, Vüqar Rəsulov, Nicat Abasov – 4 xal...

 

0