30 Avqust 14:44 Patrik Hikki ev dustaqlığına buraxıldı
Rio-2016 xəbərləri 30 Avqust 14:44
642 baxış

Patrik Hikki ev dustaqlığına buraxıldı

Rio-2016 zamanı qanunsuz bilet alverində ittiham olunan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Braziliya həbsxanasından buraxılıb. Apasport.az saytının məlumatına görə, 71 yaşlı funksioner istintaq müddətini ev dustağı kimi keçirəcək.

 

Buna onun səhhətindəki problemlər səbəb olub. İrlandiya Olimpiya Komitəsinin prezidenti vəzifəsində də çalışan Hikki cəmiyyət üçün təhlükəli olmadığından və istintaqın gedişinə təsir edə bilməyəcəyindən məhkəmə zalından ev dustaqlığına buraxılıb.

 

Qeyd edək ki, Hikki Rio Olimpiadasının gedişində həbs olunmuşdu.

Xəbər lenti