[b]Avropa çempionatında uğurlu start[/b]
09.10.2017 - 09:27
[b]Avropa çempionatında uğurlu start[/b]

Türkiyənin Antalya şəhərində şahmat üzrə klublararası Avropa çempionatı start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk turu Azərbaycan komandaları üçün uğurlu alınıb.

 

Belə ki, həm qadınlardan, həm də kişilərdən ibarət “Odlar Yurdu” asan qələbəyə seviniblər. Onlar müvafiq olaraq, “Belaya roza” və “Beer Şeva” klublarını məğlub ediblər.

 

Bu gün kişilərdən ibarət “Odlar Yurdu” Latviyanın “Texniki Universitet” klubu ilə üz-üzə gələcək. Qadın şahmatçılarımızın rəqibi isə Gürcüstan “Nona”sı ilə qarşılaşacaqlar.

 

I tur

Kişilər

ODLAR YURDU - BELAYA ROZA (İNGİLTƏRƏ) - 5,5:0,5
Arkadi Naydiç (2702) - Peter Vells (2447) - 1:0
Rauf Məmmədov (2678) - Van De Qrendt (2354) - 1:0
Qadir Hüseynov (2647) - Mattias Qartner (2324) - 1:0
Eltac Səfərli (2632) - Pol Taunsend (2194) - 1:0
Nicat Abbasov (2587) - Stiven Barrett (2101) - 1:0
Azər Mirzoyev (2555) - Kiran O Driskoll (2081) - 0,5:0,5

Qadınlar

BEER ŞEVA (İSRAİL) - ODLAR YURDU - 0,5:3,5
Yuliya Şvayqer (2442) - Zeynab Məmmədyarova (2298) - 0,5:0,5
Maşa Klinova (2289) – Ülviyə Fətəliyeva (2348) - 0:1
Lena Brusilovski (1881) - Gülnar Məmmədova (2385) - 0:1
Liliya Oveçkin (1779) - Aydan Hoccətova (2341) - 0:1

0