[b]Azərbaycan çempionunun “Apoel”lə oyununun vaxtı dəqiqləşdi[/b]
03.11.2017 - 09:42
Kişi voleybolçulardan ibarət “Lokomotiv” klubunun “Çelenc Cup”ın II təsnifat mərhələsində cavab oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Apoel”lə ikinci matçını noyabrın 29-da keçirəcək.
Nikosiyada baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, komandalar arasında ilk görüş noyabrın 21-də olacaq.
0
0