[b]Azərbaycan klubları Çempionlar Liqasında olmayacaq [/b]
07.06.2018 - 17:28
[b]Azərbaycan klubları Çempionlar Liqasında olmayacaq

[/b]

Kişi və qadın həndbolçulardan ibarət Azərbaycan klublarının Çempionlar Liqasında iştirak etməyəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Avropa Həndbol Federasiyasının açıqladığı siyahıda yenə heç bir təmsilçimiz yoxdu.

 

Belə ki, kişilərin yarışında 34, qadınların mübarizəsində 26 klub mübarizə aparacaq. Yarışın püşkü iyunun 27-də atılacaq.

 

Qeyd edək ki, Azərbaycan çempionatında “Bakı” (kişilər) və “Azərsu” (qadınlar) qızıl medallara yiyələnib.

0