22 Sentyabr 11:21 “Azərbaycanı qiymətləndirməmək olmaz” – kapitan
TOP OYUNLARI xəbərləri 22 Sentyabr 11:21
767 baxış

“Azərbaycanı qiymətləndirməmək olmaz” – kapitan

“Avro-2017 gərgin keçəcək. Düşünürəm ki, çoxsaylı maralqı oyunlar və gözlənilməz nəticələr qeydə alınacaq”. Apasport.az saytının məlumatına görə, bunu Belarus millisinin voleybolçusu Oksana Kovalçuk deyib.

 

Komandasının kapitanı Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Bakının “Azərreyl” klubunun da şərəfini qorumuş hücumçu bildirib ki, yığmamız mükafatçılar sırasında yer almaq gücündədi: “Rusiya, Serbiya, İtaliya və Hollandiya medallar uğrunda mübarizəyə əsas favoritlərdi. Çempionatın ev sahiblərindən Azərbaycanı da qiymətləndirməmək olmaz. Bu komanda azarkeşlərinin dəstəyi ilə çox şeyə nail ola bilər”.

 

Kovalçuk “worldofvolley”a B qrupundan mübarizə aparacaq millisinin də şanslarını dəyərləndirib: “Son Avropa çempionatında 9-cu yeri tutmuşduq. Bu dəfə qarşımıza həmin nəticəni yaxşılaşdırmaq məqsədi qoyulub. İtaliya, Gürcüstan və Xorvatiya ilə eyni qrupda mübarizə aparacağıq ki, burda aşkar favorit apenninlilərdi. Ötən çempionatla müqayisədə Xorvatiya bu dəfə bir qədər zəifdi. Sübut etməyə çalışacağıq ki, komandamız oynamağı və qalib gəlməyi bacarır”.

 

Qeyd edək ki, B qrupunun oyunları Tiflisdə keçiriləcək. 

Xəbər lenti