8 Dekabr 11:50 “Azəryol”un sabiq kapitanı soyundu - FOTOSESSİYA
TOP OYUNLARI xəbərləri 8 Dekabr 11:50
4152 baxış

“Azəryol”un sabiq kapitanı soyundu - FOTOSESSİYA

İlin sonu yaxınlaşdıqca voleybol klublarının diqqəti meydandan kamera önünə yönəlir. Apasport.az saytının məlumatına görə, oyunçuları soyundurub, yeni il üçün təqvim hazırlayan komanda rəhbərliyi bununla, həm büdcələrini zənginləşdirir, həm də voleybolçularını daha da məşhurlaşdırır.

 

2018-ci il üçün də artıq bu layihəyə başlanılıb. Almaniyanın “Dresdner” klubu növbəti dəfə azarkeşlərin ixtiyarına çılpaq şəkillərlə gəlib. 20-ci dəfə hazırlanan təqvim “2018 Bella Vista” adlanır və 25 avroya satılacaq.

 

Təqvimdə Azərbaycanda oynamış Marin Apitzin də çılpaq şəkilləri yer alıb. “Azəryol”un sabiq kapitanı bu addımı ilə azarkeşlərin rəğbətini də qazanıb.

 

Qeyd edək ki, Apitz 2016-cı ildə “Dresdner”ə məhz “Azəryol”dan yollanmışdı.